Ebola bu ölkəyə də çatdı
21 Oktyabr 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
459
13.09.2022, 18:16
Finlandiya Türkiyənin ekstradisiya tələbləri ilə bağlı yeni açıqlama verib.
OXU24.COM xəbər verir ki, Finlandiya Ədliyyə Nazirliyinin sözçüsü Sonya Varpasuo Ankaranın ekstradisiya məsələsi ilə bağlı imtina edilən altı işin yenidən araşdırılmasını və qərarın verilməsini istədiyini deyib.
“Qərar qətidir. Bunların yenidən nəzərdən keçirilməsinin mümkün olmadığı Türkiyəyə bildirilib”, – nazirliyin sözçüsü vurğulayıb.
Loading...
Yazının davamı reklamdan sonra
Finlandiya və İsveç Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq istədiklərini açıqlayıb. Alyans üzvü Türkiyə isə bu üzvlüyün təsdiqi üçün İsveç və Finlandiyada PKK və FETÖ terror təşkilatlarının 33 üzvünün ekstradisiyasını tələb edib. Bundan sonra iyunun sonunda Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb. Türkiyə terrorçuların ekstradisiyası şərti ilə bu ölkələrin NATO-ya üzvlüyünə veto qoymayacağını açıqlayıb.
Ədliyyə naziri Bəkir Bozdağ bundan əvvəl İsveçin indiyədək yalnız bir nəfəri ekstradisiya etdiyini və bu şəxsin fırıldaqçılıq maddəsi ilə axtarışda olduğunu bildirib. Bozdağ Finlandiyanın terror cinayətlərinə görə axtarılan heç kəsi Türkiyəyə təhvil vermədiyini də açıqlayıb.
İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün alyansın bütün üzvləri istisnasız olaraq bunu təsdiq etməlidir. Türkiyə isə anlaşma yerinə yetirilməsə, prosesə veto qoyacağını bildirib.
16:41 / 21 Oktyabr 2026
12
16:38 / 21 Oktyabr 2026
26
16:35 / 21 Oktyabr 2026
28
16:33 / 21 Oktyabr 2026
32
16:31 / 21 Oktyabr 2026
32
16:27 / 21 Oktyabr 2026
37
16:20 / 21 Oktyabr 2026
41
16:15 / 21 Oktyabr 2026
240
16:11 / 21 Oktyabr 2026
47
16:09 / 21 Oktyabr 2026
42
15:55 / 21 Oktyabr 2026
44
15:20 / 21 Oktyabr 2026
58
15:15 / 21 Oktyabr 2026
56
15:05 / 21 Oktyabr 2026
80
14:50 / 21 Oktyabr 2026
80
14:45 / 21 Oktyabr 2026
102
14:45 / 21 Oktyabr 2026
74
14:33 / 21 Oktyabr 2026
239
14:31 / 21 Oktyabr 2026
179
14:22 / 21 Oktyabr 2026
282
14:20 / 21 Oktyabr 2026
83
14:08 / 21 Oktyabr 2026
438
14:04 / 21 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.