Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73665
az

Üç ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü, oğlan öldü - YENİLƏNİB - FOTO

19:0812 Sentyabr, 2022
102
DÜNYA
  • A

16:50

Gənc aqronom Rauf Bəkirovun həlak olduğu yol qəzasının təfərrüatı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən "TR-045"  markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn "Ford Transit"ə toxunaraq yolun kənarına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, R.Bəkirov "Binə Agro" şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.

Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.

-------

15:40

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis Rauf Bəkirov qəfil vəfat edib. 

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bu gün vəfat edən gəncin ölüm səbəbi məlum deyil. 

Məlumata görə, o, iyun ayında ailə həyatı qurub. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA