Qaynar xətt:

(+99450) 247 90 86

Saakaşvili həbs edildikdən sonra 30 kiloqram arıqlayıb

Saakaşvili həbs edildikdən sonra 30 kiloqram arıqlayıb

DÜNYA

397

09.09.2022, 20:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili həbs olunduqdan sonra 30 kq arıqlayıb.

Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin müxalifətdəki Vahid Milli Hərəkat Partiyasından olan deputatı Koba Nakopia bildirib.

“Xeyli çəki itirib, təxminən 30 kiloqram. Aydındır ki, onun səhhəti diqqət tələb edən deyil, həyəcanvericidir. Onu ixtisaslaşmış klinikaya köçürmək lazımdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə ay qabaq Saakaşvili Gürcüstana gəldikdən sonra həbs edilmişdi.