Qaynar xətt:

(+99450) 247 90 86

Separatçı Babayanı ABŞ Konqresinə kim və necə buraxır?

Separatçı Babayanı ABŞ Konqresinə kim və necə buraxır?

DÜNYA

336

02.09.2022, 14:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Separatçıların qondarma "xarici işlər naziri" David Babayan ABŞ Konqresində çıxış edəcək: sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında "status" və qondarma "arsax"ın təhlükəsizliyindən bəhs edəcək; səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA).

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın "Minsk qrupu" mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu/lobbisi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib və ABŞ bölgəyə dair siyasətini "status" kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. ABŞ səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur.
 

Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır.