Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73210
az

İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur?

19:5025 Avqust, 2022
136
DÜNYA
  • A

Bu azmış kimi İran cəfəng fikirləri ilə Ermənistana təbliğati baxımdan da yardım edirdi. Həmin vaxtlar iddia edirdi ki, guya Azərbaycan torpaqlarında muzdlu əsgərlər, terrorçular döyüşür... Bunu İranın adi kütləvi informasiya vasitələri deyil, ölkənin ali rəhbərindən tutmuş, prezidentinə, xarici işlər nazirinə, səfirinə qədər hər kəs səsləndirirdi.

İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi günümüzə qədər davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də İran "xain xoflu" xislətindən əl çəkmir.

Region ölkələrinin bir-biri ilə, o cümlədən müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırmasına mane olmağa çalışır. İran Türkiyə-Azərbaycan münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır, buna xaincə yanaşır.

Azərbaycana qarşı etdiyi bu kin-küdirətə baxmayaraq, ölkəmiz İrana daima xoş münasibət bəsləyib. Bu yaxınlarda Azərbaycan növbəti dəfə xoşməramlılıq göstərərək İranın hərbiçilərini işğaldan azad etdiyi torpaqlarına səfərə aparmaqla sübut etdi ki ölkəmiz qonşularına açıq və xoş münasibət bəsləyir. İran qapalı ərazilərinə Azərbaycan hərbçilərini buraxmaz, ancaq Azərbaycan bunun əksini etdi.


Bütün bunlar azmış kimi İran Cənubi Azərbaycandakı soydaşlarımızın milli haqqlarını hər addımbaşı tapdalayır. Hər kəs yaxşı bilir ki, indiki İranda mərkəzləşdirilmiş fars düşüncəli sistem hakimiyyətə Qacar səltənətini devirməklə gəldi. Pəhləvilər xarici qüvvələrin əli ilə hakimiyyətə gəldilər və türklərin - azərbaycanlıların hakimiyyətinə son qoyaraq fars şovinist düşüncəli sistemi hakimiyyətə gətirdilər. Bu gün də İslam pərdəsi altında həmin panfarsist şovinist düşüncəli ideologiyanın daşıyıcıları hakimiyyətdədir. Bu ideologiyanın adı İran mərkəzli fars düşüncə sistemidir. Məhz bu düşüncəyə görə Cənubi Azərbaycandakı 30 milyonluq azərbaycanlılar təzyiqlərə məruz qalaraq sıxışdırılır. Onlara məktəblərdə ana dilində təhsil almasına imkan verilmir.

Bax, İranın azərbaycanlılara, Cənubi Azərbaycana, Azərbaycan Respublikasına münasibəti budur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı