"Donetsk Xalq Respublikası"nda rusiyalı jurnalist Zemfira Süleymanova minanın partlaması nəticəsində ölüb.
OXU24.COM Rusiya mediasına istinadla bildirir ki, bu barədə hərbi müxbir Semyon Peqov öz "Telegram" kanalında məlumat verib.
"Hərbi müxbir kimi yeni fəaliyyətə başlayan Zemfira Süleymanova, Eduard Limonovun "Fərqli Rusiya" partiyasının fəalı (ölkədə qadağan olunmuş Milli Bolşevik Partiyasının üzvləri tərəfindən yaradılıb - red.) Donbasa bu yaxınlarda gəlib. Əsl hərbi journalist olmaq üçün humanitar yardımla məşğul olurdu", - Pegov yazıb.
O, mərhum jurnalistin "çox gənc olduğunu" da qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR