İrlandiya yenidən NATO-ya üzvlüyü nəzərdən keçirir
15 Dekabr 2025, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
13.08.2022, 22:31
Azərbaycan Prezidentinin Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazının olmayacağını vurğulaması, rəsmi İrəvanı artıq Ermənistanın taleyini düşünməyə məcbur buraxıb... Erməni toplumu "artsax xəyalları"nın bitməsi ilə artıq barışıb, ancaq indi daha çox Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar...
Ermənistanda yenə də çaşqınlıq qarışıq pessimist əhval-ruhiyyə yaşanır. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə önəmli açıqlamalar verib. Və Azərbaycan liderinin açıqlamaları erməni toplumunun Cənubi Qafqazdakı gələcək taleyini müəyyən etməyə imkan verir.
OXU24.COM musavat.com-a istinadən bildirir ki, ona görə də, hazırda Ermənistan cəmiyyətində və mətbuatında Azərbaycan Prezidentinin vurğuladığı önəmli məqamlar ciddi şəkildə müzakirə edilməkdədir. Çünki, Prezident İlham Əliyevin son açıqlamaları erməni toplumunun "artsax" ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi. Və erməni toplumu onların ənənəvi "xəyalları" ilə mövcud reallıqlar arasında olduqca ciddi fərqlərin olduğunu nəhayət ki, anlamağa başlayıb.
Məsələ ondadır ki, Prezident İlham Əliyev çox açıq şəkildə bildirib ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə "status" mövzusu daha unutmaq lazımdır. İndi Ermənistan cəmiyyətində də tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində hər hansı bir "status"dan, ümumiyyətlə, söhbət belə, getmir. Yəni, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi müzakirə edilir: "Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm".
Ermənistan cəmiyyətini sarsıdan ən önəmli məqam isə Azərbaycan Prezidentinin Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Ermənistana heç bir aidiyyatının olmaması barədə dedikləridir. Çünki, Azərbaycan lideri rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, bu mövzunun danışıqlar masasına gətirilməsinə imkan vermədiyini vurğulayıb: "Bu məsələnin Ermənistana nə dəxli var? Bu, bizim daxili işimizdir".
Təbii ki, Azərbaycan liderinin belə açıq və qətiyyətli danışması həm rəsmi İrəvanı, həm də bütövlükdə Ermənistan cəmiyyətini məyus edir. Çünki, "artsax xəyalları"nın artıq birdəfəlik bitdiyinə əmin olurlar. Çıxış yolunun qalmadığını anlayırlar. Bundan sonra Azərbaycan liderinin siyasi iradəsinə tabe olmaq məcburiyyətinin qaçılmaz olduğunu bilirlər. Hətta Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar.
Məsələ ondadır ki, Ermənistan cəmiyyətində artıq Azərbaycan Prezidentinin dediklərinə riayət olunmasının qaçılmazlığı ilə barışmaq üzrədirlər. Erməni toplumu artıq əmindir ki, Azərbaycan Prezidenti dediklərini tam şəkildə reallaşdırmaq qabiliyyətinə və vərdişlərinə sahibdir. Yəni, əgər, Prezident İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, deməli, mütləq reallaşdırılacaq. Nə Ermənistanın, nə də ermənilərin ənənəvi beynəlxalq himayədarlarının mövqeyi heç bir əhəmiyyət daşımır.
Əslində, Prezident İlham Əliyev özü də bunun məhz belə olduğunu açıq şəkildə vurğulayıb. Əsas örnək kimi isə bir müddət öncə reallaşdırılmış "Qisas" əməliyyatını göstərib: "Ermənistan bir daha gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi... Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi də bunu göstərib. Əminəm ki, Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, hərdən bunu unudurlar. Ona görə də belə faciəvi hadisələr baş verir".
Həmçinin oxuyun
Ona görə də, Ermənistan cəmiyyətinin Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan "yol xəritəsi" ilə barışmaqdan başqa çarəsi qalmayıb. Azərbaycan lideri Xankəndi və ətraf bölgədə yaşayan erməniləri gözləyən gələcəyi də indidən anons edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olmayacaq.
Yəni, bu bölgədə yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşlarının sahib olduqları hüquqlarla kifayətlənməli olacaqlar. Yəni, Azərbaycan Konstitusiyası ölkə vətəndaşları üçün heç kim üçün hər hansı ayrıcalıq nəzərdə tutmur. Və əsas məsələ kimin nə istəməsi deyil, Azərbaycan Konstitusiyasının nə verməsidir.
Təbii ki, rəsmi Bakı bu önəmli hüquqi prinsipləri bundan sonra da ön planda saxlamağa üstünlük verəcək. Rəsmi Bakının prinsipiallığı isə Ermənistanı Azərbaycanın geopolitik iradəsi ilə barışmaq məcburiyyətində buraxır. Və artıq qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan Azərbaycanın bütün tələb və şərtlərini yerinə yetirməli olacaq.
Ona görə də, yaxın həftələrdə baş verəcək yeni prosesləri təxmin etmək artıq o qədər də çətin deyil. Laçın dəhlizinin yaxın vaxtlarda həmişəlik qapadılacağı qətiyyən şübhə doğurmur. Onun əvəzinə Azərbaycanın artıq inşa etdiyi alternativ yol işə salınacaq. Laçın şəhəri və dəhliz üzərində olan yaşayış məntəqələri Azərbaycana təhvil veriləcək.
Təbii ki, bütün bunlar "Qisas" antiterror əməliyyatının real nəticələri sırasına daxildir. Ən əsası isə Azərbaycanın Qarabağ regionunda olan Ermənistanın silahlı birləşmələri ərazisindən çıxarılacaq, erməni separatçıların silahlı terror dəstələri isə tərksilah olunacaq. Və Azərbaycan Prezidenti bu prosesin artıq başlandığını da bildirdi.
Məsələ ondadır ki, Prezident İlham Əliyev "Qisas" əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarıldığını vurğulayıb: "Bu, onu göstərir ki, belə əməliyyatların təsiri var. Ancaq buna gətirib, çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı təhlil edib, düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı".
Göründüyü kimi, rəsmi Bakının mövqeyi prinsipialdır. Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirməlidir. Əks halda, növbəti hərbi əməliyyatlara başlanılacaq. Azərbaycan Prezidenti hətta rəsmi İrəvan üçün Ermənistanın reallaşdırmalı olduğu "yol xəritəsi"ni də müəyyən edib. Müşahidələr isə Ermənistan baş naziri Nikol Paşinyanın həmin "yol xəritəsi"nin icrasına başladığını göstərir.
22:54 / 15 Dekabr 2025
8
22:49 / 15 Dekabr 2025
15
22:48 / 15 Dekabr 2025
12
22:31 / 15 Dekabr 2025
31
22:27 / 15 Dekabr 2025
26
22:09 / 15 Dekabr 2025
150
21:59 / 15 Dekabr 2025
39
21:45 / 15 Dekabr 2025
58
21:10 / 15 Dekabr 2025
1369
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1071
20:16 / 15 Dekabr 2025
61
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
598
18:43 / 15 Dekabr 2025
583
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
850
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
218
16:49 / 15 Dekabr 2025
885
16:40 / 15 Dekabr 2025
213
16:26 / 15 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.