Qaynar xətt:

(+99450) 247 90 86

Şuşada təcili Türkiyə konsulluğunu açaq" - Millət vəkilindən TƏKLİF

Şuşada təcili Türkiyə konsulluğunu açaq\\\" - Millət vəkilindən TƏKLİF

DÜNYA

416

12.08.2022, 00:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib.

OXU24.COM  bizim.media-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

O, buna cavab olara təcili Şuşada Türkiyə konsulluğunu açmağı təklif edib:

"Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".