Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada 6 nəfər "deltakron"a yoluxdu

Rusiyada 6 nəfər \\\"deltakron\\\"a yoluxdu

DÜNYA

283

11.08.2022, 18:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada 6 nəfər koronavirusun “deltakron” variantına yoluxub.

Bu barədə Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) məlumat yayıb.

“Deltakron” koronavirusun “omikron” və “delta” ştamlarının hibrididir. Rusiyanın iki şəhərində - Moskvada və Sankt-Peterburqda COVID-19-un bu variantına yoluxan şəxslər aşkarlanıb. Onlar xəstəliyi tibb müəssisəsinə yerləşdirilmədən yüngül formada keçiriliblər.

“Rospotrebnadzor”dan “deltakron”un epidemioloji vəziyyətə əhəmiyyətli təsir göstərmədiyini də vurğulayıblar.

Qeyd edək ki, avqustun 10-da Rusiyada koronavirusa 25 min 815 yoluxma qeydə alınıb.