Moldovada ölkədə meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
İdarədən vurğulanıb ki, infeksiya ABŞ-dan respublikaya işləmək üçün gələn xarici vətəndaşda aşkarlanıb.
Əcnəbi Kişinyovdakı Tom Ciorba adına Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib, orada meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ümumi zəiflik, hərarət və dəri səpgiləri olub.
Yoluxmuş şəxsdən nümunələr toplanıb və laboratoriya müayinəsi üçün Milli Səhiyyə Agentliyinə təhvil verilib.
Bundan əvvəl ABŞ səhiyyə rəsmiləri meymunçiçəyini ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan etmişdilər.
Monkeypox nadir bir viral infeksiyadır və insanlar arasında da keçə bilər. Bu, adətən yüngül bir vəziyyətdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.
Oxu24.com
ŞƏRHLƏR