Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb

DÜNYA

383

08.08.2022, 19:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Təhlükəsizlik Xidməti müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd planlaşdıran killerləri saxlayıb.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin saytında yayımlanmış məlumatda bildirilib.
Ətraflı

Qeyd olunub ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ukrayna hərbi-siyasi rəhbərliyinə qarşı sui-qəsd planlaşdıran Rusiya kəşfiyyatçılarından ibarət təxribat və müşahidə qrupu zərərsizləşdirilib.

Vurğulanıb ki, qrupun tapşırığı Reznikov və Budanovla yanaşı, tanınmış ukraynalı aktivistin qətlə yetirilməsi olub. Məlumatda o da qeyd olunub ki, qrup üzvlərinə hər qətlə görə 100-150 min ABŞ dolları ödəniləcəyi vəd edilib.