Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın 10 generalı döyüşdə ÖLDÜRÜLÜB

Rusiyanın 10 generalı döyüşdə ÖLDÜRÜLÜB

DÜNYA

333

07.08.2022, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada öldürülən generallarının sayını açıqlayıb.

OXU24.COM xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rusiyalı generalı öldürüb. Bundan əlavə, məlumatda qeyd olunub ki, uğursuz əməliyyatlar səbəbindən Rusiyanın 6 komandiri vəzifəsindən kənarlaşdırılıb.

Belə ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara start verib. Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 42 200 hərbçisi məhv edilib.