Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72294
az

İranın sərhəd saxtakarlığının pərdəarxası: nədən qorxur? - ŞƏRH

13:1824 İyul, 2022
109
DÜNYA
  • A


Cənubi Qafqaz yerləşdiyi əlverişli geosiyasi mövqeyə görə beynəlxalq və regional güclərin ciddi maraq dairəsində olub. Lakin bu güclərin heç də hamısının marağı üst-üstə düşmədiyindən,  strategiyaları toqquşub. Hazırda bölgə uğrunda Qərb, Türkiyə, Rusiya, İran daha ciddi mübarizə aparır.

44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq nəticəsində, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda bölgədə proseslər yeni bir mərhələyə qədəm qoyub. Çünki Azərbaycanın yaratdığı reallıq Cənubi Qafqazın geosiyasi önəmini artırdı. Məhz bunun nəticəsi olaraq Qərb özünü bölgədə daha aktiv göstərməyə başladı. Xüsusən də Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra bu aktivlik daha ciddi şəkildə özünü göstərdi.

Avropa Rusiyanın enerji resurslarından asılılığının azaldılması və aradan qaldırılması üçün Azərbaycan və Xəzər hövzəsinə alternativ bölgə kimi baxır. Lakin yeni geosiyasi reallıqlara uyğun olaraq Türkiyə və Qərbin bölgədə aktivləşməsi, Tehran və Moskva tərəfindən qəbul edilmədiyindən, buna qarşı ciddi müqavimət göstərməkdədir. Nəticədə bölgədə müəyyən gərginliklərlə müşahidə olunmaqdadır. Bu da Cənubi Qafqazda qeyri-sabitliyin davam etməsinə, Azərbaycanın bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx əməkdaşlıq formatının  formalaşması prosesinin uzanmasına və əngəlləməsinə xidmət edir.

İyunun 19-da Tehran-2022 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın ali rəhbəri Ayətullah Xamenei arasında keçirilən görüşdən sonra zəlzələ effekti yaradan məlum tviti bunun bariz nümunəsi hesab etmək olar.

Xameneinin bu bəyanatı bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, əməkdaşlıq formatının formalaşmasına açıq bir təhdid idi. Tehranın yüksək səviyyədə bu mövqeyi eyni zamanda tarixin saxtalaşdırılması və təhrifi idi. Bu həmçinin Tehranın digər müstəqil ölkələrin  yürütdüyü siyasətə birbaşa müdaxiləsi və bunun dəyişdirilməsinə çağırış idi. Tehranın sərgilədiyi bu mövqe  heç də təəccüblü deyildi. Onsuz da  Azərbaycan dövlətçiyiliyinin mövcud olduğu müddətdə Tehran-Bakı münasibətləri tarix boyu enişli-yoxuşlu olub. Bu istər 1918-20-ci illər, istərsə də 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq özünü göstərib.

Bununla bağlı yetərincə faktlar gətirmək olar, amma buna lüzum yoxdur. 

Düzdür, rəsmi Tehran sözdə ortaq tarixi-mədəni, dini köklərə bağlı Azərbaycanla mehriban qonşuluq, dostluq şəraitində münasibətlər qurmaq barədə bəyanatlar versə də, reallıqda isə tarixin bütün kəsimlərində bunun tam əksi müşahidə olunub. Tehran özünü dominant ölkə kimi aparıb, bölgə ölkələrini öz təsir dairəsində saxlamağa çalışıb.

Tehranın Azərbaycana qarşı qərəzli, qeyri-səmimi qonşuluq münasibətinin kökündə  Azərbaycanın güclü potensialının, resurslarının, əlverişli geosiyasi mövqedə olması və bunun nəticəsində  Avrasiya məkanında ciddi aktor rolu oynayaraq güclü dövlətə çevrilməsi imkanları dayanır. Əlbəttə, Tehran bundan ciddi narahatlıq keçirir və Azərbaycanı gələcəkdə bölgədə özünə ciddi rəqib görür. Ona görə də Tehran hər vasitə ilə Azərbaycanın güclənib, inkişaf etməsinə qarşı çıxır və bu istiqamətdə siyasətini davam etdirir. Ermənistanı dəstəkləmək siyasətinin kökündə dayanan əsas amillərdən biri də budur. Burada digər maraqlar və amillər də mövcuddur. Ümumiyyətlə, Tehran Cənubi Qafqazdakı ölkələrin heç birinin güclü olmasını yox, sözdə müstəqil, lakin zəif, müstəqil siyasət yürütmək qabliyyətində olmayan, istənilən zaman təsir etmək imkanları olan dövlət kimi görmək istəyir.

Lakin Tehranın sərgilədiyi bu mövqe kökündən yanlışdır. Azərbaycanın inkişafı və bölgədəki dayanıqlı sabitliyin təmin olunub əməkdaşlıq formatının formalaşması Tehran üçün heç bir təhdid yaratmır, əksinə, birbaşa İranın maraqlarına xidmət edir. Tehranın hazırda sərgilədiyi  destruktiv və təzadlı mövqe nümayiş etdirməsi, ilk növbədə öz milli maraqlarına xələl gətirir. 
Bu, İranın xarici siyasət doktrinasının və ideologiyasının nəzəri, praktiki baxımından ziddiyyət təşkil etdiyi ən vacib nümunələrdən biridir. Özünü “dünya müsəlmanlarının himayədarı” adlandıran İran kimi ölkə üçün dividend gətirmir, əksinə, onun imicini kölgə altına alıb, İslamdan xarici siyasətində ancaq spekulyasiya vasitəsi kimi istifadə etdiyi ortaya çıxır. Ən azından Tehran bu gün dünyanı “islamın dostu və düşməni” qruplarına ayırır. İranın özünə dost-düşmən seçməsində bu prinsiplə hərəkət etməməsi isə Azərbaycan kimi qonşularda narazılıq yaratmaya bilməz. Əsrlər boyu müsəlmanlarla düşmənçilik edib, işğalçılıq, vadnalizm hərəkətləri edib,  İslamın mənəvi dəyərləri hesab edilən tarixi, mədəni abidələrini, məscidlərini viran edib, orada  donuz saxlayan Ermənistanla çox isti münasibətləri əbəs yerə tənqidlərə məruz qalmır. Bu, İranın İslam birliyi və həmrəyliyi barədə səsləndirdiyi bəyanatlarla daban-dabana ziddiyyət təşkil edir. Və təbii ki, Tehranın bu addımları qınanılmalıdır.

Azərbaycanın inkişaf edib, güclü ölkə olması, Ankara-Bakı münasibətlərinin yaxınlaşması isə Tehranın regional əmədkaşlığının inkişaf etdirib, xalqının rifah halının yaxşılaşdırılması baxımından da böyük imkanlar açır.  

Azərbaycan hər zaman nəinki qonşuları ilə, o cümlədən dünyanın istənilən ölkəsi ilə beynəlxalq hüquq normaları daxilində. Heç bir ölkənin daxili işinə müdaxilə etmədən mehriban dost və qonşuluq şəraitində əməkdaşlıq etməyə hazırdır. Azərbaycan hətta Ermənistan işğalçılıq siyasətindən əl çəkib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sülh sazişi imzalayarsa, onunla normal qonşuluq münasibəti qurmağa hazır olduğunu bəyan edir. Azərbaycan heç zaman ümumi tarixi keçmişə malik olan müsəlman bir dövlətlə əlaqələri gərginləşdirmək istəməyib və bundan sonra da etməyəcək. Bunu uzaq olmayan tarix sübut edib. Bəzi ölkələr Azərbaycandan İrana qarşı bir plasdarm kimi istifadə etməyə çalışsa da, Bakı buna imkan verməyib.

Azərbaycan öz xarici siyasətində balansı hər zaman qoruyub və bundan sonra da bu prinsipə riayət edərək, ən müxtəlif fərqli güclərin bölgədə qarşılıqlı faydalara əsaslanan maraqlarını təmin etməyə çalışıb. Bundan sonra da bu prinsipə əməl edəcəyini bəyan edib.  

O baxımdan da Tehranın destruktiv və ziddiyyət təşkil edən siyasətindən əl çəkib Azərbaycanla yaxşı münasibətlərin qurulması, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, bütövlükdə bütün region ölkələrinin kollektiv maraqlarına cavab verir. Bu, eyni zamanda regionda siyasi və təhlükəsizlik problemlərinin və böhranların aradan qalxıb, sabitliyin təmin olunub, sıx əməkdaşlığa xidmət edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı