Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan xalqa müraciət etdi

Ərdoğan xalqa müraciət etdi

DÜNYA

377

15.07.2022, 14:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ərdoğan xalqa müraciət etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə xalqa müraciət edib.
"Allah şəhidlərimizin məkanını cənnət etsin. Tarixi qiyama qatılan hər bir vətəndaşıma və həmin gecə veteran statusuna layiq görülən qardaşlarıma minnətdarlığımı bildirirəm. Küçələri, prospektləri, meydanları dolduranlara. Tanklara, helikopterlərə, silahlara bədənlərini sipər edən bu xalqın övladlarının nəcibliyini təsvir etməyə sözlər yetməz. Çevriliş edənlərə qarşı müqavimətimizlə dostlara və düşmənlərə göstərdik ki, Türkiyə heç vaxt əsir edilə bilməz. Türk milləti heç vaxt diz çökdürülməyəcək", - deyə o bildirib.
Xatırladaq ki, 2016-cı ilin 15 iyul tarixində FETÖ terror təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd edib. İnsanlar küçələrə axışaraq hökumətə dayaq olublar./Oxu