Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
25 Oktyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
442
13.07.2022, 13:07
"Ukrayna savaşını yəqin ki, "HİMARS-dan öncə" və "HİMARS-dan sonra" deyə iki şərti mərhələyə ayırmaq lazım olacaq. Çox effektiv silahdır. Dəqiqliyi çox yüksəkdir. "Smerç"lə, "Uraqan"la, "Qrad"la müqayisə bu silaha hörmətsizlik olar, çünki yeganə bənzərlik şassilərinin boyasıdır".
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, HİMARS gələndən bəri Rusiyanın ələ keçirdiyi ərazilərdə Rusiya ordusuna aid silah-sursat anbarlarının, yanacaq bazalarının, komanda məntəqələrinin və kazarmaların çox uğurla demilitarizasiyası həyata keçirilir:
"Yüksək rütbəli zabitlər başda olmaqla, yüzlərlə ölü və yaralı var. "Məntəqə təmizliyi" başa çatdıqdan sonra Ukrayna ordusunun böyük hücumları başlayacaq. ABŞ hələlik Ukraynaya 8 ədəd HİMARS verib, daha 4-ü yoldadır. Britaniya, Norveç və Almaniya tərəfindən 9 ədəd M-270 də veriləcək. M-270 HİMARS-ın analoqudur, sadəcə, tırtıllı şassi üzərindədır. Beləliklə, yaxın həftələrdə 21 ədəd yüksək dəqiqliyə malik raket sistemi Ukrayna ordusunun sərəncamında olacaq. 8 ədəd HİMARS-la 2 həftədir qarşı tərəfdə ciddi çaxnaşma yaradan Ukrayna ordusu 21 sistemlə bunun üç qatını edəcək.
ABŞ ehtiyac görsə, bu sistemlərdən 21 yox, 51, hətta 91 ədəd də göndərə bilər. HİMARS və M-270-lərdən atılan, 300 km məsafəyə dəqiq zərbə endirən ATACMS operativ-taktiki raketləri hələ Ukraynaya verilməyib. Ukrayna bu raketləri alsa, daha dərinlikdəki, o cümlədən Krımdakı hərbi obyektləri də vuracaq".
Ş. Cəfərlinin sözlərinə görə, Rusiyadan postsovet məkanında, Qərbdə və digər yerlərdə qorxanlar hələ var:
"Amma onun Ukrayna üzərində heç bir çəkindiriciliyi qalmayıb. Nüvə təhdidi də Ukraynada heç kimi qorxutmur. Qorxu hissini itirmiş düşmən, səndən zəif olsa belə, çox təhlükəlidir. Ukraynanın canlı qüvvə ehtiyatı və ən əsası da xalqın əzmkarlığı bu savaşı illərlə aparmağa imkan verir. yeganə şərt Qərbin dəstəyinin azı hazırkı səviyyədə davam etməsidir. İndi Ukraynanın da, Rusiyanın da taleyi ABŞ-ın əlindədir. Hələ ki Ukraynaya NATO ölkələrinin istehsalı olan aviasiya, qısa mənzilli ballistik raketlər, strateji PUA-lar və digər modern sistemlər verilmir. Müharibə uzansa və bunlar da Ukraynaya verilməyə başlansa, "F-15"lər, "F-16"lar, "Thunderbolt"lar Ukrayna səmalarına tamamilə hakim olsa, Rusiya nə edəcək? ABŞ ordusunda qarşıdakı illərdə istismardan çıxarılacaq yüzlərlə bu tip döyüş təyyarələri, minlərlə tank, on minlərlə zirehli texnika var.
Rusiyanı idarə edənlər arasında ağıllı adamlar qalıbsa, oturub düşünməlidirlər. Şimal cəbhəsindən bir anda çəkilib, bunu "əslində bizim məqsədimiz Donbası azad etmək idi" əsaslandırması ilə rus xalqına "yedirənlər", eləcə də Zmeinıy adasından çəkilib, bunu "xoşməramlı addım" kimi təqdim edənlər hər kimdirsə, başları işləyir. Onlar eynilə Ukraynanın cənubundan da (Xerson və Zaporojye) ordunu "xoşməramlı addım" kimi geri çəkə bilərlər. Belə olsa, Ukrayna masaya oturacaq və Makronun dediyi kimi, Rusiyanın sifətini qoruyan sülh əldə etmək mümkün olacaq.
Əks halda, hər iki tərəf üçün tükəndirici və qanlı olan bu savaş davam edəcək. Rusiyanın bu savaşda qələbəsinə imkan verilməyəcək".
16:05 / 25 Oktyabr 2026
45
15:37 / 25 Oktyabr 2026
208
15:34 / 25 Oktyabr 2026
58
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
99
15:05 / 25 Oktyabr 2026
75
14:36 / 25 Oktyabr 2026
76
14:15 / 25 Oktyabr 2026
509
14:00 / 25 Oktyabr 2026
180
13:50 / 25 Oktyabr 2026
247
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
133
13:18 / 25 Oktyabr 2026
1173
13:05 / 25 Oktyabr 2026
77
12:44 / 25 Oktyabr 2026
573
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
959
07:01 / 25 Oktyabr 2026
266
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
289
22:34 / 24 Oktyabr 2026
195
22:14 / 24 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.