Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71945
az

Türkiyə Ukrayna və Rusiyanı bir araya gətirir - TAXIL DİALOQU!

14:4512 İyul, 2022
203
DÜNYA
  • A


Sabah Türkiyədə Rusiya və Ukrayna nümayəndələri BMT və Türkiyə aracılığı ilə Ukrayna taxılının daşınması məsələsini müzakirə edəcəklər. Bu barədə “İnterfaks” agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Pyotr İlyiçev məlumat verib.

Ukrayna tərəfinin də danışıqlara qatılacağınə bildirən XİN rəsmisi Rusiyanın yeganə tələbinin taxıl əvəzinə Ukraynaya silah daşınmasının qarşısını almaq üçün gəmilərin yoxlanma imkanının yaradılması olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə may ayından İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasını təmin etmək üçün xüsusi mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edib. Mərkəzdə Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri birgə fəaliyyət göstərməlidilər.

Xatırladaq ki, Ukrayna tərəfinin məlumatına əsasən müharibə səbəbindən ölkədən ixrac olunmayan taxılın həcmi 20 milyon tona yaxındır. Artıq ölkədə yeni məhsulun toplanmasına da başlandığına görə anbarların ən qısa müddətə boşalması lazımdır. Eyni zamanda Ukrayna taxılının əsas alıcıları olan Afrikanın kasıb ölkələri də aclıq təhlükəsi ilə üzləşiblər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu