Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda məmurlar hakim partiyadan istefa verib

Gürcüstanda məmurlar hakim partiyadan istefa verib

DÜNYA

384

11.07.2022, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dörd bələdiyyədə dövlət vəzifələri tutan 4 üzvü istefa verib.
Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin yerli hakimiyyət orqanlarının nümayəndələri partiya sıralarını tərk ediblər. Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola şəhər şurasının sədr müavini Omar Cixvaşvili və Axaltsixe şəhər şurasının sədr müavini Saba Kbilaşvili partiya ilə yanaşı, tutduqları vəzifələrindən də istefa verdiklərini elan ediblər.
Onlar bununla “Gürcü Arzusu”nun sıralarını bu yaxınlarda tərk etmiş və Qərbi Gürcüstanı müharibəyə cəlb etməkdə cəhddə günahlandıran Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.