Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
25 Oktyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
376
07.07.2022, 22:12
Sevgilisini və övladlarını Ukraynadan gələn qaçqın qadına görə atan Böyük Britaniya sakini qadının az qala kor olmasından sonra ona qulluq edir.
OXU24.COM bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.
May ayında Lvovdan Böyük Britaniyaya gələn 22 yaşlı Sofiya Karkadım gözündən əməliyyat olunub və hazırda praktiki olaraq kordur. Ukraynalı qadına sığınacaq verən 29 yaşlı Toni Qarnettin dediyi kimi, onun yeni sevgilisinə görmə qabiliyyətini bərpa etmək üçün təxminən altı ay vaxt lazım olacaq. Qadın Almaniyadan Britaniyaya gedərkən göz infeksiyasına tutulub.
Sofiya gəldikdən 10 gün sonra kişi ailəsini tərk edib. "Yaşatdığımız ağrıya görə üzr istəyirik, lakin mən Sofiya ilə əvvəllər heç vaxt yaşamadığım bir əlaqə kəşf etdim. Həyatımızın qalan hissəsini birlikdə keçirməyi planlaşdırırıq", - deyə britaniyalı öz hərəkətini izah edib.
Ukraynalı qadın dərhal ingilislərin hücum obyektinə çevrilib. "İnsanlar onu Britaniyaya gəlib yerli sakini oğurlayan qadın kimi təsvir edirlər. Bu tam cəfəngiyyatdır. Birgə qərar verdik", - deyə kişi cavab verir. O, iddia edir ki, keçmiş partnyoru ilə münasibətləri çoxdan pis olub və ayrılmaq an məsələsi idi.
Cütlük hazırda Qərbi Yorkşirin Bradford şəhərində yaşayır və göz əməliyyatı çox pula başa gəldiyi üçün maddi çətinliklər yaşayırlar. Qarnett tezliklə öz biznesini açmaq niyyətində olduğunu deyir. O, keçmiş sevgilisinin ona uşaqları ilə görüşməyi qadağan etdiyini də etiraf edir.
Bundan əvvəl Sofya Karkadım deyib ki, sevgililəri o ayırmayıb. O, Qarretin münasibətlərinin onun gəlişindən xeyli əvvəl pozulduğunu deyib və kişinin keçmiş sevgilisini ikiüzlülükdə ittiham edib.
20:15 / 25 Oktyabr 2026
69
19:30 / 25 Oktyabr 2026
705
19:02 / 25 Oktyabr 2026
166
16:35 / 25 Oktyabr 2026
79
16:05 / 25 Oktyabr 2026
106
15:37 / 25 Oktyabr 2026
490
15:34 / 25 Oktyabr 2026
86
15:19 / 25 Oktyabr 2026
105
15:08 / 25 Oktyabr 2026
115
15:05 / 25 Oktyabr 2026
109
14:36 / 25 Oktyabr 2026
102
14:15 / 25 Oktyabr 2026
717
14:00 / 25 Oktyabr 2026
267
13:50 / 25 Oktyabr 2026
391
13:50 / 25 Oktyabr 2026
85
13:35 / 25 Oktyabr 2026
190
13:18 / 25 Oktyabr 2026
1507
13:05 / 25 Oktyabr 2026
92
12:44 / 25 Oktyabr 2026
753
11:19 / 25 Oktyabr 2026
103
10:45 / 25 Oktyabr 2026
145
10:34 / 25 Oktyabr 2026
1043
07:01 / 25 Oktyabr 2026
308
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.