Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71570
az

Ukrayna Rusiya ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib

07:2702 İyul, 2022
208
DÜNYA
  • A
Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib və Rusiyadan dəymiş zərərin tam ödənilməsini tələb edib. Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ukraynanın öz vətəndaşlarına qarşı soyqırım törətməsi ilə bağlı saxta ittihamlara əsaslanaraq, Rusiya ölkənin suverenliyini kobud şəkildə pozdu, qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıdı və fevralın 24-də bütün Ukraynaya müharibəyə işğala başladı. Bu gün təqdim olunan Memorandumda Ukrayna rəsmi olaraq Rusiya tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə məsuliyyət və tam kompensasiya tələb edir”, - bəyanatda deyilir. Nazirlikdən bildirilib ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya İkinci Dünya müharibəsində Holokost dəhşətlərinə cavab olaraq yaradılmış ən mühüm beynəlxalq müqavilələrdən biridir. Lakin Rusiya Ukraynaya qarşı vəhşiliklərə haqq qazandırmaq üçün bu müqaviləni eybəcərləşdirib. “BMT-nin ali məhkəmə orqanına bugünkü təqdimat Rusiyanın məsuliyyətə cəlb edilməsi və ondan müvafiq təzminat alınması prosesində mühüm addımdır”, - məlumatda vurğulanır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya
Mask tarixə düşdü
MAQATE Ukraynanın tələbi ilə fövqəladə iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb