Qaynar xətt:

(+99450) 247 90 86

Türkan Şoray Cüneyt Arkınla belə vidalaşdı

Türkan Şoray Cüneyt Arkınla belə vidalaşdı

DÜNYA

390

30.06.2022, 19:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyəli aktrisa Türkan Şoray Cüneyt Arkının tabutunu qucaqlayaraq hönkür-hönkür ağlayıb.

Bu gün vəfat edən aktyor Cüneyt Arkınla vida mərasimi keçirilib və o, torpağa tapşırılıb.

Arkınla birlikdə çoxsaylı filmlərdə rol alan Türkan Şoray dəfn mərasimində tabutu qucaqlayaraq göz yaşlarına boğulub.

Xatırladaq ki, Türkiyə kinosunun əfsanəvi aktyorlarından olan Cüneyt Arkın dünən 85 yaşında dünyasını dəyişib. Arkının cənazəsi Taksim Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdən sonra Teşvikiyə məscidinə gətirilib.

Mərasimə qatılan Türkan Şoray Arkının tabutunu öpüb və hönkür-hönkür ağlayıb.