Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71417
az

İsveçrə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

09:1330 İyun, 2022
160
DÜNYA
  • A
İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) altıncı məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Şuranın mətbuat xidməti məlumat yayıb. Əlavə sanksiyalara Rusiya xam nefti və bəzi neft məhsullarına embarqo qoyulması, onların alınması, idxalı, tranziti və daşınması, habelə sığorta da daxil olmaqla əlaqəli xidmətlər daxildir. Avropa İttıfaqında olduğu kimi, İsveçrədə də embarqo mərhələli şəkildə həyata keçiriləcək. Bütün tədbirlər 2023-cü ilin əvvəlində qüvvəyə minəcək. Bundan əlavə, Federal Şuranın qərarı Rusiya hökumətinə və hüquqi şəxslərə mühasibat uçotu, ictimaiyyətlə əlaqələr və biznes konsaltinq xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur. Xatırladaq ki, İsveçrə iyunun 10-da Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləməyə qərar verib. Eyni zamanda, ölkə Rusiyanın daha 100 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu Suriya ilə sərhəddəki bufer   zonadan  danışdı
Zelenski: Ukraynalılar Trampa güvənir
ABŞ-da Ukrayna ilə bağlı qərar

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu