TƏCİLİ! Oktay Saral getdi -RƏSMİ
26 Oktyabr 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
336
27.06.2022, 23:18
Tətilə çıxan şagirdlər bütün yayı kitab-dəftəri bir kənara qoyub misal-məsələsiz, sinus-kosinussuz bir həyat yaşayır, yay boyu günəşin, dənizin, qumun və qayğısız günlərin dadını çıxarırlar. Azərbaycanda 3 aylıq yay tətili artıq başlayıb. Bu üç ayı uşaqların hər biri müxtəlif cür keçirir. Dünya ölkələrinin tətil sistemi isə tamamilə fərqlidir.
OXU24.COM oxucuları dünya ölkələrinin tətil sistemi ilə tanış edir.
İspaniya
Cənubi Avropa ölkəsində uşaqlar düşərgələrə gedirlər. Uşaq düşərgələri İspaniyada dəniz sahilində və ya dağlarda yerləşir. Sağlamlıq və ixtisaslaşmış müəssisələr var ki, rəqs etməyi, idman və tennislə məşğul olmağı, yemək bişirməyi və ya rəsm çəkməyi sevən uşaqlar üçün hər cür şərait yaradılır.
ABŞ
Amerikalı uşaqlar da tez-tez düşərgələrə gedirlər, çünki valideynlərin məzuniyyətləri ilə tətillər adətən üst-üstə düşmür. Amerikalı azyaşlılar nadir hallarda nənə və babalarını ziyarət edirlər, onlarda belə bir adət-ənənə yoxdur.
Sadə düşərgələrlə yanaşı, uşaqlara müxtəlif hobbi qruplarına qatılmaq təklif olunur. Uşaq gündə bir neçə saat tikiş və toxuculuq və ya dülgərliklə məşğul ola bilər. Həftənin sonunda uşaq öz yaradıcılığına baxıb xoşbəxtlik tapır: önlük, şərf, bilərzik və ya şəbəkəli taxta. Digər düşərgə klubları qılınc atma, oxatma və ya miniqolf kimi fiziki bacarıqları öyrədir.
Qeyd edək ki, ABŞ-da başı işə-gücə qarışan valideynlər adətən uşaqlarına çox vaxt ayıra bilmirlər. Bu ölkədə uşaqlar necə böyüdülür - sualına belə cavab verirlər: "Çipsi paketi ilə təsəlli tapırlar...".
Çin
Çin məktəblərində tətil azərbaycanlı uşaqlarının xoşuna gəlməyəcək, çünki yerli uşaqlar bütün il boyu oxuyurlar. Qısa tətillərdə belə! Yay tətili üçün məktəblilərə bir aydan bir qədər çox vaxt verilir, amma həftə sonları uşaqlara yerinə yetirilməli tonlarla ev tapşırığı tapşırılır.
Bir çox valideyn əmindir ki, yay bəzi fənləri təkmilləşdirmək və imtahanlara hazırlaşmaq üçün əla vaxtdır, ona görə də övladlarını hazırlıq kurslarına göndərirlər. Buna görə Çində repetitorlar və təlim mərkəzləri güclü inkişaf edir!
Avstraliya
Avstraliyanın cənub yarımkürəsində yerləşdiyi üçün yay tətilləri dekabr-fevral ayları arasına düşür. Buna görə, Avstraliya "tərs ölkə" adıyla da məşhurdur. Avstraliyalı uşaqlar idmanı çox sevirlər, boş vaxtlarında müxtəlif mərkəzlərə baş çəkir və sörf edirlər. Azyaşlı avstraliyalılar düşərgələrə gedirlər və ya valideynləri ilə fermada işləmək üçün qalırlar (bu adi haldır).
Peru
Peruda da tətillər qış aylarına təsadüf edir - dekabrda başlayır. Valideynlər uşaqları dağlara və ya okeana aparır, azyaşlılar müxtəlif ekskursiyalara və ya digər yerlərə gedirlər. Peruluların sevimli məşğuliyyətləri: aktyorluq, döyüş sənəti, gimnastika və rəqs.
Kipr
Kirpdə 12 yaşdan aşağı uşaqlar valideynlərindən ötrü darıxmasın deyə, şəhər yay düşərgələrinə göndərilir. Sinifdə onlar sadəcə oynamırlar - paralel olaraq uşaqlara təbiət elmləri və xarici dillər öyrədilir.
Böyük məktəblilər kənd düşərgələrinə gedir, burada onlar meşədə yaşamağı, vəhşi təbiəti kəşf etməyi, ərazini gəzməyi, yaydan atəş açmağı və s. öyrənirlər. Ümumiyyətlə, kiprlilər ekstremal vəziyyətdən sağ çıxmağı uşaq yaşlarından öyrənməyə başlayırlar
17:45 / 26 Oktyabr 2026
1
17:01 / 26 Oktyabr 2026
69
17:00 / 26 Oktyabr 2026
166
16:58 / 26 Oktyabr 2026
54
16:46 / 26 Oktyabr 2026
60
16:42 / 26 Oktyabr 2026
61
16:30 / 26 Oktyabr 2026
86
16:17 / 26 Oktyabr 2026
85
16:08 / 26 Oktyabr 2026
178
15:57 / 26 Oktyabr 2026
77
15:50 / 26 Oktyabr 2026
240
15:48 / 26 Oktyabr 2026
111
15:44 / 26 Oktyabr 2026
167
15:41 / 26 Oktyabr 2026
89
15:37 / 26 Oktyabr 2026
68
15:34 / 26 Oktyabr 2026
96
15:28 / 26 Oktyabr 2026
75
15:19 / 26 Oktyabr 2026
177
15:10 / 26 Oktyabr 2026
109
15:07 / 26 Oktyabr 2026
188
15:03 / 26 Oktyabr 2026
1091
14:59 / 26 Oktyabr 2026
76
14:30 / 26 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.