Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan növbəti kapitulyasiyanı İMZALAYIR – Bu ərazilər TƏHVİL VERİLİR

Paşinyan növbəti kapitulyasiyanı İMZALAYIR – Bu ərazilər TƏHVİL VERİLİR

DÜNYA

1339

26.06.2022, 14:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ermənistan hökuməti, yəni Nikol Paşinyan Laçın şəhərini Azərbaycana verməyə məcburdur. Çünki başqa çıxış yolu yoxdur. Bu, növbəti təslimçilikdir”.

Oxu24.com   erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ictimai fəalı, bloger Aşot Qorqyan deyib.

İctimai fəal “Hayeli TV”-nin canlı yayımında bildirib ki, İrəvan növbəti təslimçi akta imza atacaq:

“Laçın şəhər mərkəzi və yaxınlıqdakı kəndlər Azərbaycana qaytarılacaq. Düz iki ildir ki, proses ona doğru gedir. İki il əvvəlki sazişdə Paşinyan belə bir öhdəlik götürüb. Rus qoşunları da bu məsələyə səsini çıxarmır. Vəziyyətlə barışmağımızı tələb edirlər”.

KAİM.AZ