Gözəllik kraliçası əməliyyatdan sonra dünyasını dəyişib.
OXU24.COM xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın keçmiş gözəllik kraliçası Gleycy Correia boğaz əməliyyatından sonra həddindən artıq qan itkisindən komaya düşüb, bununla da dünyasını dəyişib.
27 yaşlı Gleycy Correia daim şişən badamcıqlarını çıxartmaq üçün əməliyyat masasına uzanıb. Əməliyyatdan beş gün sonra ağır qan itkisi səbəbindən infarkt keçirən Gleycy reanimasiyaya aparılıb.
Reanimasiya şöbəsində sağ qalmaq üçün iki aylıq mübarizədən sonra o dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR