Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71054
az

Binance yeni kripto pul kisəsi ilə tərəfdaşlıq elan edir

18:2423 İyun, 2022
422
  • A

 “Binance” tərəfindən dəstəklənən aparıcı qlobal ödəniş infrastrukturu  olan “Binance Connect” bu gün aparıcı multiçeyn və “non custodial” kripto pul kisəsi “Trust Wallet” ilə tərəfdaşlıq elan edir. Mövcud Web3 iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, bu tərəfdaşlıq yeni istifadəçilərə kriptovalyuta portfelini çoxsaylı blokçeynlərdə qurmaq və ya böyütmək üçün asan və təhlükəsiz üsul təklif edəcək.

 

“Binance Connect” ödəniş infrastrukturu ənənəvi maliyyəni aparıcı və innovativ blokçeynlərlə birləşdirərək, şirkətlərə və fiziki şəxslərə dünya üzrə pul göndərmək və qəbul etmək üçün yeni yollar təklif edir.

 

“Binance”-in rəsmi “non custodial” pul kisəsi olan “Trust Wallet” istifadəçilərə 66 blokçeyn üzrə 4,5 milyondan çox rəqəmsal aktiv və NFT göndərməyə, qəbul etməyə və saxlamağa imkan verir. DeFi və NFT dünyasına asanlıqla və təhlükəsiz şəkildə qoşulmaq imkanı əldə edən 60 milyondan çox istifadəçi artıq platformada qeydiyyatdan keçib. “Trust Wallet” həmçinin Instagram-ın kolleksiyaçılıq üçün rəqəmsal təşəbbüslərini dəstəkləyən ilk pul kisələrindən biridir.

 

“Binance Connect” və “Trust Wallet” inteqrasiyası istifadəçilərə Web3 resurslarına daxil olmaq üçün rahat və sadələşdirilmiş üsul təqdim edəcək. Dünyanın aparıcı likvidlik provayderi “Binance” tərəfindən dəstəklənən “Trust Wallet” istifadəçiləri indi 40-dan çox fiat valyutası dəstəyi ilə aşağı qiymətə kredit və ya debet kartları ilə 200-dən çox kriptoaktiv ala bilərlər.

 

Əvvəllər web3 istifadəçiləri birbaşa blokçeynlərdə kriptovalyuta almaq üçün uzun bir prosesdən keçməli idilər. bunu müxtəlif mərkəzləşdirilmiş birjalar vasitəsilə etməli oldular, nəhayyət aktivlərini blokçeynə göndərmək üçün. “Binance Connect” ilə KYC prosedurunu keçən  istifadəçilər bir neçə kliklə “Trust” pul kisələrini doldurmaq üçün mövcud hesablarından istifadə edə bilərlər.

 

“Bizim məqsədimiz həmişə kriptovalyutanın qəbulunu artırmaq və ənənəvi maliyyə ilə kriptovalyuta iqtisadiyyatı arasındakı boşluğu aradan qaldırmaq olub. “Trust Wallet” ilə bu əməkdaşlıq yeni istifadəçiləri rahat şəkildə Web3 dünyasına gətirməyə kömək edəcək”, - “Binance Connect”-in baş direktoru Zoe Vei bildirib.

 

Trust Wallet рассматривает фиатные возможности как важнейшую инфраструктуру для поддержки развития Web3 и криптоиндустрии, особенно в большинстве развивающихся регионов. Мы рады работать с мощной фиатной инфраструктурой Binance, чтобы расширить доступ и снизить барьер входа для людей по всему миру».

“Trust Wallet”-in baş direktoru Eovin Çen, “Dünyadakı istifadəçilərin kriptovalyutaların və Web3-ün maraqlı dünyasına qoşulmasını asanlaşdırmaq üçün “Binance Connect” ilə əməkdaşlıq etməkdən məmnunuq” dedi. “Trust Wallet” fiat imkanlarını Web3 və kriptovalyuta sənayesinin inkişafını dəstəkləmək üçün vacib infrastruktur kimi görür, xüsusən də əksər inkişaf etməkdə olan regionlarda. Biz bütün dünyada insanların girişini genişləndirmək və giriş maneəsini azaltmaq üçün “Binance”-in güclü fiat infrastrukturu ilə işləməkdən məmnunuq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binance yeni kripto pul kisəsi ilə tərəfdaşlıq elan edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO