Qaynar xətt:

(+99450) 247 90 86

Uçuşlarla bağlı qərar verildi

Uçuşlarla bağlı qərar verildi

DÜNYA

331

22.06.2022, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) ölkənin mərkəzi və cənubundakı 11 hava limanına uçuşlara qadağanı artıq 20-ci dəfə uzadıb. Bu məhdudiyyətlər fevralın 24-dən, yəni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə agentlik məlumat verib. Qeyd edək ki, qadağa iyunun 30-dək qüvvədədir. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına uçuşlar dayandırılıb.
“Rosaviatsiya” alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etməyi məsləhət görür.