Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
463
19.06.2022, 00:39
Dünya hegemonları keçmiş geosiyasi illüziyalarını qoruyub-saxlamaq əzmindən əl çəkmirlər, qlobal rəqabət də həmin illüziyaların mühafizə edildiyinin elanıdır.
Lakin əsl məzmunu fərqli formada təqdim edirlər, populizm dalğası yaradılır, radikal hərəkatların fəaliyyəti körüklənir, bununla da tarixdən gələn imperiya maraqları pərdələnir.
Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı da rus imperiyasına istinad eyforiyasına söykənirdi, hərçənd ki, Qərbin də bu tezislərlə meydana atdıldığını söylədi və onu tənqid etdi.
Yəni bir imperiya keçmişi olan ölkə digər müstəmləkəçilik siyasəti olan dövlətləri qınayır, bu isə hər iki tərəfin strateji ironiyasının göstəricisidir.
Putin çıxışında Rusiya-Ukrayna müharibəsinin iqtisadi tabloda yaratdığı acınacaqlı mənzərənin müqayisəsini ölkəsinin xeyrinə dəyişən rəqəmlərlə diqqətə çatdırdı.
Kreml başçısı bildirdi ki, ölkəsi artıq Qərbin tətbiq etdiyi sanksiyaların öhdəsindən gələrək iqtisadiyyatı normal axara qaytara bilib.
Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın dünya bazarlarındakı ərzaq tədarükçüsü kimi çəkisini artırıb, ABŞ kimi supergücün isə rolu azalıb.
İqtisadiyyatdakı fırtınaların səngiməməsi dünyanı ərzaq qıtlığı kimi təhlükəli tendensiya ilə üz-üzə qoyur, Rusiya isə bundan məharətlə istifadə edərək özünün rezervləri hesabına başqalarına acıq verir.
İndi taxıl faktoru Rusiyanın ən vacib iqtisadi təzyiq alətinə çevrilib. Rusiya, necə deyərlər, dünyanı çörəklə sınağa çəkir və bununla da Qərbdən Ukrayna mövzusunda böyük güzəştlər qopartmaq istəyir.
Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadi panorama buraxdığı izlərin ilkin dəyərləndirmələrini təqdim edirik:
1. Afrika ölkələri taxıl və gübrə çatışmazlığından xüsusilə ağır zərbə ala bilər;
2. Milyonlarla ton taxılın müharibə səbəbindən Ukrayna limanlarında qalması və onun ixracına vurulan tıxacın aradan qalxmaması dünyada aclıq başlada bilər.
Rusiyanın Qara dəniz limanlarını blokadaya alması ilə Ukraynada 20-25 milyon ton buğda ilişib qalıb, bu isə taxılın qiymətini artırır. Nəzərə alaq ki, Ukrayna qlobal bazarların əsas buğda ixracatçısıdır;
3. Ukraynanın dünyadakı günəbaxan yağları bazarındakı payı 42 faiz, qarğıdalı yağındakı payı isə 16 faiz təşkil edir.
Buna görə də buğda qiymətləri keçən illə müqayisədə 59 faiz, günəbaxan yağı 30 faiz, qarğıdalı yağı isə 23 faiz bahalaşma ilə satılır.
Rusiya Ukraynadakı müharibənin gedişatını özünün taxıl tədarükündəki rolunun gücləndirilməsinə çevirə bilib, mümkündür ki, onsuz da zəngin taxıl rezervləri olan Rusiya Ukraynadakı taxılı da özünün ehtiyatlarına əlavə etsin və onu bazarlara çıxarmaq üçün şərtlər qoysun.
Rusiyanın limanlardakı taxılı girov götürməsinin səbəbi də budur. Çətin ki, Rusiya həmin milyonlarla ton taxılı Ukraynanın balansına versin, çünki Putin forumda dedi ki, Ukrayna həmin vasitələri satıb əldə etdiyi pula silah alır.
PROQNOZLAR:
Ərzaq tədarükündə qlobal balansın Rusiyanın xeyrinə dəyişməsi Qərbi Moskva ilə danışıqlarda Ukrayna mövzusunda güzəştə getməyə məcbur edəcək.
Yox, əgər Ukrayna Qərbdən alacağı silahlarla Rusiyanın tutduğu ərazilərə əks-hücumlar həyata keçirsə, Rusiya taxıl anbarlarına zərbələr endirəcək.
Avropanın taxıl böhranına görə qorxuları artacaq, çünki Avropa özünün çörəklə sınağa çəkilməsinə hazır deyil.
00:42 / 27 Oktyabr 2026
88
00:00 / 27 Oktyabr 2026
79
23:43 / 26 Oktyabr 2026
104
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
96
23:08 / 26 Oktyabr 2026
84
22:58 / 26 Oktyabr 2026
93
22:56 / 26 Oktyabr 2026
91
22:51 / 26 Oktyabr 2026
77
22:34 / 26 Oktyabr 2026
503
22:30 / 26 Oktyabr 2026
88
22:11 / 26 Oktyabr 2026
93
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
98
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
237
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
91
21:05 / 26 Oktyabr 2026
1721
21:02 / 26 Oktyabr 2026
98
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.