Qaynar xətt:

(+99450) 247 90 86

Zooparkda ölüm - Pələngi sığallamaq istəyərkən... - VİDEO - FOTO

Zooparkda ölüm - Pələngi sığallamaq istəyərkən... - VİDEO - FOTO

DÜNYA

461

18.06.2022, 16:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Zoopark işçisinin benqal pələngini sığallamaq istəyi onun üçün faciə ilə bitib.
 
Hadisə Meksikanın Miçiokan ştatında baş verib. 23 yaşlı Xose de Xesus pələngi sığallamaq üçün əlini volyerin içinə salıb. Vəhşi heyvan əvvəlcə bu nəvazişi müsbət qarşılasa da, sonra qəfildən Xesusun əlindən yapışıb.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, gənc qışqıraraq xilas üçün kömək istəyib.
 
Zooparka təcili yardım çağırılıb və Xesus xəstəxanaya aparılıb. O hələ huşu üstündə olanda həkimlərdən yaralı əlini amputasiya etməmələrini istəyib. Daha sonra gəncin vəziyyəti sürətlə pisləşməyə başlayıb və az sonra ürək tutmasından dünyasını dəyişib.
 
Pələngin sahibi Xesusun bütün müalicə xərclərini ödədiyini bildirib.