Almaniya üç ölkənin Ukraynanı maliyyələşdirməkdən imtina etməsindən qəzəblənib
26 Oktyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
380
18.06.2022, 15:26
13 Iyun tarixində Avropa Azərbaycan Məktəbinin ibtidai sinif şagirdləri Libraff Park Akademiyada Libraff və WWF təşkilatı tərəfindən təşkil olunmuş Beynəlxalq Ətraf Mühit Gününə həsr olunmuş tədbirdə iştirak etdilər.
Dünyada ətraf mühitin qorunması sahəsində aparıcı təşkilat olan WWF 100-ə yaxın ölkədə fəaliyyət göstərir. WWF təşkilatı təbii yaşayış yerlərinin qorunması və bərpa edilməsi, vəhşi təbiətin kütləvi şəkildə məhv olunmasının qarşısını almaq, dayanıqlı istehsal və istehlak bərqərar etmək istiqamətində fəaliyyət göstərir.
WWF təşkilatının nümayəndəsi Fuad Hətəmov planeti və ekosistemi mühafizə etmək üçün ətraf mühitin qorunmasının vacibliyi və ekoloji resurslardan səmərəli istifadə etmək barədə şagirdləri məlumatlandırdı.
Daha sonra Libraff mağazalar şəbəkəsinin dizayneri və rəssamı Vüsalə Əliyeva gül və onun hissələrinin xətlərlə düzgün çəkilməsi prosesini əyani olaraq uşaqlara nümayiş etdirdi.
Uşaqlar təbiəti necə gördüklərini əks etdirən rəsmlər çəkdilər və işləri haqqında məlumat verərək şəkilləri izah etdilər.
Tədbir boyunca WWF təşkilatının maskotu olan panda şagirdlərlə bərabər oldu və onlarla maraqlı vaxt keçirdi.
Sonda WWF təşkilatının nümayəndələri uşaqlara ətraf mühitin qayğısına qalmaq barədə biliklərini artırmağa kömək edən kitablar hədiyyə etdilər.

00:42 / 27 Oktyabr 2026
91
00:00 / 27 Oktyabr 2026
81
23:43 / 26 Oktyabr 2026
107
23:30 / 26 Oktyabr 2026
84
23:16 / 26 Oktyabr 2026
98
23:08 / 26 Oktyabr 2026
86
22:58 / 26 Oktyabr 2026
96
22:56 / 26 Oktyabr 2026
93
22:51 / 26 Oktyabr 2026
81
22:34 / 26 Oktyabr 2026
534
22:30 / 26 Oktyabr 2026
89
22:11 / 26 Oktyabr 2026
94
22:11 / 26 Oktyabr 2026
80
22:04 / 26 Oktyabr 2026
99
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
81
21:53 / 26 Oktyabr 2026
244
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
87
21:30 / 26 Oktyabr 2026
92
21:05 / 26 Oktyabr 2026
1916
21:02 / 26 Oktyabr 2026
99
20:56 / 26 Oktyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.