Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70863
az

"Ukrayna üçün mübarizə aparacağam" - Ən gözəl qız seçildi - FOTO

21:4116 İyun, 2022
172
DÜNYA
  • A

Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar "Ukraynanın kainat gözəli" təşkilat komitəsi bu il ənənəvi şounu keçirməkdən imtina edib.

OXU24.COM axşam.az-a istinadən xəbər verir ki,  "Miss Universe" (ABŞ) tərəfdaşları ilə məsləhətləşdikdən sonra "Miss Ukrayna 2022" rəsmi titulunun "I Vitse-Miss Ukrayna Kainatı" olmuş Viktoriya Apanasenkoya verilməsi qərara alınıb.

"Ölkəmiz indi şənliyə hazır deyil, amma dövlətimizdə baş verən hadisələrə diqqəti cəlb etmək üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Ona görə də biz 70 illik tarixə malik olan və dünyanın hər bir ölkəsində yayımlanan məşhur müsabiqənin dünya finalında Ukraynanı təmsil etmək fürsətini əldən verməmək qərarına gəldik" deyə, komitənin prezidenti Anna Filimonova bildirib.

Viktoriya da məsələ ilə bağlı açıqlama verərək öhdəsinə düşən vəzifənin məsuliyyətini anladığını söyləyib:

"Müharibə haqqında danışmağa davam etmək, Silahlı Qüvvələrimizin etibarlı arxa cəbhəsi olmaq çox vacibdir. Xalqımızı yaşatmaq, Rusiyanın vəhşiliyini dayandırmaq üçün başqa ölkələrin dəstəyinə ehtiyacımız var. Belə çətin və dəhşətli zamanda Ukraynanın beynəlxalq arenada səfirlərindən biri olacağımın, ölkəmizin bütün qadınlarının səsi ilə çıxış edəcəyimin fərqindəyəm. Öz qələbəm üçün deyil, ölkəmin qələbəsi üçün mübarizə aparmağa gedirəm".

Qeyd edək ki, Çerniqovdan olan 28 yaşlı Viktoriya informasiya cəbhəsində Ukraynanın qələbəsi üçün fəal mübarizə aparır. O, Kiyev müəssisələrindən birinə Ukrayna Silahlı Qüvvələrinin batalyonu və burada qalan yaşlı insanlara yemək hazırlamaqda köməklik edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...
Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı