Qaynar xətt:

(+99450) 247 90 86

Norveç Ukraynaya 22 özüyeriyən haubitsa bağışladı

Norveç Ukraynaya 22 özüyeriyən haubitsa bağışladı

DÜNYA

307

08.06.2022, 17:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Norveç Ukraynaya 22 özüyeriyən haubitsa bağışlayıb.

Bu barədə məlumatı Norveçin Müdafiə Nazirliyi yayıb.

Ölkənin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, Ukraynadakı müharibənin gedişatı ölkəyə daha ağır artilleriya və silah sistemlərinin  bağışlanılmasının zəruriliyini göstərir.

Məlumata görə, sözügedən silahlar avadanlıq, ehtiyat hissələri və döyüş sursatları ilə birlikdə bağışlanılıb.

Bildirilir ki, Norveç ordusu tərəfindən Ukrayna əsgərlərinə sistemin istifadəsi üzrə Almaniyada təlim keçilib.