Kaliforniyanın Kolton şəhərində Viki Umodu adlı qadın reklamdan yararlanaraq pulsuz götürdüyü köhnə divandan 36 min dollar tapıb. Amerikalı qadın pulu sahiblərinə qaytarıb.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, bu barədə "ABC7News"un məlumat verib.
Qadın yastıqların içərisində yüz dollarlıq əskinaslar olan zərflərin gizlədildiyini görüb və dərhal elanın müəllifləri ilə əlaqə saxlayıb. Onlar yenicə dünyasını dəyişən kişinin qohumları olublar.
Qadın bütün məbləği sahiblərinə qaytarıb və bu əməlinə görə ona təşəkkür olaraq 2200 dollar verilib. Viki bu pula yeni soyuducu alacağını deyib.
Oxu24.com
ŞƏRHLƏR