Qaynar xətt:

(+99450) 247 90 86

Perunun məşhur körpüsü Azərbaycan bayrağının rənglərində - FOTO

Perunun məşhur körpüsü Azərbaycan bayrağının rənglərində - FOTO

DÜNYA

421

31.05.2022, 09:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Mirafloresdə yerləşən “Mellizo Villena Rey” körpüsü mayın 28-də Azərbaycanın Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Həmçinin körpünün üzərində “Azərbaycan - Müstəqillik Günü” yazısı əks olunub. Dostluq və sevgi rəmzi olan körpü paytaxt Limanın iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir. Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.