İspaniyada baş verən qatar qəzasının səbəbi məlum olub
28 Oktyabr 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
818
18.05.2022, 23:36
Alimlər Qədim Misirin ən məşhur kraliçası VII Kleopatra haqqında yeni maraqlı faktları üzə çıxarıblar.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, eramızdan əvvəl 69-30-cu illərdə hökmranlıq etmiş VII Kleopatra səkkiz dildə danışıb və öz sarayında ən təcrübəli təbib olub. Qədim mənbələrdə, habelə sonralar yazılan roman və lentə alınan filmlərdə imperator Yuli Sezar və sərkərdə Mark Antoni ilə məhəbbət macəraları ilə hakimiyyəti ələ keçirdiyi irəli sürülən kraliçanın, əslində, yüksək təhsilli və müdrik qadın olduğu bildirilir.
Kraliça Kleopatra İsgəndəriyyədəki məşhur kitabxanada Ellin təhsil sisteminin ən yaxşı müəllimlərindən dərs alıb. O, coğrafiya, tarix, astronomiya, fəlsəfə, beynəlxalq diplomatiya, təbabət elmlərinə yiyələnib, eyni zamanda, öz sülaləsində (Ptolemeylər) qədim Misir dilini bilən və heroqlifləri oxumağı bacaran yeganə hökmdar olub. Kleopatra, həmçinin fars, ivrit, yunan, medes, qədim Suriya, həbəş və ərəb dillərində də danışıb. Vaxtının çoxunu İsgəndəriyyə kitabxanasındakı laboratoriyada keçirən kraliça botanika və kosmetika sahələrində tədqiqatlar da aparıb. Təəssüf ki, onun yazdığı kitablar 391-ci ildə yanan İsgəndəriyyə kitabxanasında məhv olub. Məşhur yunan təbibi Klaudius Qalenus Kleopatranın kəşf etdiyi saçları bərpa edən kremin formulunu köçürüb.
Kleopatranın ölümündən sonra Misirin Roma imperiyası ilə siyasi əlaqələri kəsilib və ikinci Ellin dövlətinin varlığına son qoyulub.
07:33 / 29 Oktyabr 2026
96
07:32 / 29 Oktyabr 2026
94
01:47 / 29 Oktyabr 2026
844
01:20 / 29 Oktyabr 2026
796
01:13 / 29 Oktyabr 2026
308
00:04 / 29 Oktyabr 2026
570
23:58 / 28 Oktyabr 2026
133
23:54 / 28 Oktyabr 2026
22882
23:53 / 28 Oktyabr 2026
887
23:46 / 28 Oktyabr 2026
158
23:33 / 28 Oktyabr 2026
311
23:20 / 28 Oktyabr 2026
190
23:19 / 28 Oktyabr 2026
684
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
153
22:50 / 28 Oktyabr 2026
1459
22:45 / 28 Oktyabr 2026
113
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
105
22:29 / 28 Oktyabr 2026
475
20:59 / 28 Oktyabr 2026
104
20:36 / 28 Oktyabr 2026
137
20:29 / 28 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.