Qaynar xətt:

(+99450) 247 90 86

Mask Azərbaycana gəlir: ölkədə internet ucuzlaşa bilər

Mask Azərbaycana gəlir: ölkədə internet ucuzlaşa bilər

DÜNYA

372

13.05.2022, 15:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlon Maskın qlobal peyk internet şəbəkəsi olan "Starlink" gələn il Azərbaycanda da olacaq.

"Starlink"in rəsmi saytında belə göstərilib.

İlon Maska məxsus "Space X" korporasiyasının tərkibindəki "Starlink" qlobal peyk sisteminin internet tarifləri Azərbaycanın mövcud reallığına uyğunlaşdırarsa, yerli internet-provayderlərin indiki formatda fəaliyyət göstərə bilməyəcəklər.

Onlar təqdim etdikləri internet xidmətlərindən istifadə haqqını aşağı salmaqla yanaşı, servisin keyfiyyətini və çeşidini artırmalı olacaqlar.

İstənilən halda, "Starlink" Azərbaycanda fəaliyyət göstərməyə başlayarsa, bu fakt ölkədə internetin keyfiyyətini yüksəldərək qiymətləri ucuzlaşdıracaq.

"Starlink"in təqdim etdiyi internetdən hazırda 23 ölkədə yararlanmaq mümkündür.

Şirkət Yerdən 328-614 km yüksəklikdəki "Gen2" rabitə peyklərinin sayını yaxın vaxtlarda 30 minə çatdırmaq niyyətindədir.