Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69376
az

Rusiya əmlakının müsadirəsi haqqında fərman Radaya təqdim edildi

00:5612 May, 2022
473
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin məcburi müsadirə edilməsi haqqında fərman təqdim edib.

Zelenskinin fərmanını təsdiq edən müvafiq qanun layihəsi çərşənbə günü Ukrayna parlamentinin saytında 7371 nömrəsi ilə qeydə alınıb.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin zorla ələ keçirilməsi haqqında Ukrayna Prezidentinin fərmanı 6 aydan gec olmayaraq təsdiq edilməlidir”, - deyə qanun layihəsində deyilir.

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, hakimiyyət müsadirə edilmiş Rusiya aktivlərindən ölkənin bərpası üçün istifadə etmək qərarına gəlib. Onlar “Ukrayna Milli İnvestisiya Fondu” dövlət müəssisəsinə veriləcək.

Şmıqalın sözlərinə görə, müsadirə olunan aktivlər və vəsaitlər fondun doldurulmasının əsas mənbələrindən birinə çevriləcək:

 “Rusiyanın ölkəmizdə sahib olduğu hər şeyi alacağıq və bu vəsaiti ordumuzu gücləndirmək, xalqımızı dəstəkləmək və ölkəmizi bərpa etmək üçün istifadə edəcəyik”.

Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası 2022-ci il mayın 11-də Rusiyanın mülkiyyət hüquqları obyektlərinə zorla müsadirə etmək barədə qərar qəbul edib.

Öz növbəsində ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalara görə həbs qoyulan Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadə edilməsinə icazə verən qanun qəbul edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan:
Atasının çıxışı unuduldu, hamı oğluna baxdı - Video

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO