Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Rövşən Əsgərovu axtarışa verib

Rusiya Rövşən Əsgərovu axtarışa verib

DÜNYA

436

11.05.2022, 18:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

OXU24.COM Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin məlumat bazasında deyilir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.

Məlumatda qeyd olunurdu ki,R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.