Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyada nadir xəstəlik aşkarlanıb

Britaniyada nadir xəstəlik aşkarlanıb

DÜNYA

429

08.05.2022, 19:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan "meymun çiçəyi"nə yoluxmasını qeydə alıblar.

OXU24.COM"Report"a istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) xəbər yayıb.

Yoluxmuş şəxs bu yaxınlarda Nigeriyada olub. Səlahiyyətlilər onun virusa orada yoluxduğunu ehtimal edir.

Qey edək ki, "meymun çiçəyi" virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır.

Bununla birlikdə, elm adamları bu virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.