Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!  Rusiyada fövqəladə vəziyyət elan edildi - VİDEO

SON DƏQİQƏ!  Rusiyada fövqəladə vəziyyət elan edildi - VİDEO

DÜNYA

2004

02.05.2022, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya fəlakət yaşayır. Ölkənin Sibir bölgəsindəki Krasnoyarskın kənd yerlərində meşə yanğınları hər saat artır.
 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi kənd yerlərində meşə yanğınlarının artdığını açıqlayıb.
 
Məlumatda "Bu gün Krasnoyarsk vilayətinin Minusinsk şəhərində baş verən meşə yanğınları Znamenka, Ozero Taqarskoye və Luqavskoye kəndlərinin yaşayış massivlərini əhatə edib. Hələlik ölən və yaralananlar qeydə alınmayıb. İlkin məlumata görə, meşə yanğınları 250 hektar ərazini əhatə edib. Yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin 235 canlı qüvvəsi 61 texnika ilə işləyir", - deyə qeyd olunub.
 
Bəyanatın davamında Minusinsk şəhərində fövqəladə vəziyyətin (OHAL) elan edildiyi bildirilib:
 
"Minusinsk vilayətinin Minusinsk, Ozera Taqarskoye və Luqavskoye kəndlərində baş verən meşə yanğınları ilə əlaqədar Rusiya Fövqəladə Hallar Nazirliyinin sədrliyi fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib”.