Qaynar xətt:

(+99450) 247 90 86

Zelenskidən Türkiyə haqda şok sözlər

Zelenskidən Türkiyə haqda şok sözlər

DÜNYA

1216

02.05.2022, 17:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə haqda birmənalı qarşılanmayan fikirlər bildirib.

Oxu24.com  ERT TV-yə istinadla xəbər verir ki, sözügedən yunan televiziyasına müsahibəsində dövlət başçısı Türkiyəni ikili standartlarda ittiham edib:

"Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu ədalətli deyil.

Ona görə də, mən Türkiyənin diqqətini bu cür imkanlara cəlb edirəm, inanıram ki, belə ola bilməz, çünki seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”

"Biz bunu da görürük. Mən də prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, mümkün deyil”, – deyə Ukrayna lideri Yunanıstanın ERT ictimai televiziyasına müsahibəsində bildirib.