Canavar parkda uşağa hücum etdi
29 Oktyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
705
01.05.2022, 09:20
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsgərlərinə müraciət edib.
Bu barədə Oxu24.com Ukrayna dövlət başçısının müraciətinə istinadən xəbər verir.
Zelenski bildirib ki, Rusiya Ukraynadakı böyük itkilərini nəzərə almır və qoşun yeritməkdə, xüsusən Xarkov, Donetsk və Luqansk vilayətlərinə hücumlara başlamaqda davam edir.
"İşğalçılar Xarkov vilayətində əlavə qüvvələrin köməyinə yetişiblər. Onlar Donbasda təzyiqi artırmağa çalışırlar. Rusiya Federasiyası üçün bu mənasız müharibənin döyüşlərində artıq 23 mindən çox əsgər itiriblər. Amma dayanmırlar", - o deyib.
Beləliklə, Ukrayna tərəfi bilir ki, Rusiya komandanlığı yeni böyük itkilərə hazırlaşır.
"Heyətləri tamamilə məhv edilmiş və ya əhəmiyyətli dərəcədə zəifləmiş o bölmələrə zəif motivasiyası və döyüş təcrübəsi olan yeni insanlar cəlb edilir. Onlar sadəcə olaraq, hücuma keçə bilmələri üçün lazımi miqdarda insanları orduya cəlb etmək istəyirlər", - Zelenski vurğulayıb.
Dövlət başçısı Rusiya komandanlığının yaxın həftələrdə daha minlərlə əsgərinin həlak olacağı və yaralanacağından xəbərdar olduğuna diqqət çəkib.
Zelenski Rusiya Federasiyasının hərbçilərinə müraciət edərək, onları düşünməyə çağırıb: "Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?"
“Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə guya ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyəndə hərbçilərinə yalan danışır, eyni zamanda, məsələn, meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”, - Prezident əlavə edib.
08:25 / 30 Oktyabr 2026
51
08:10 / 30 Oktyabr 2026
65
05:18 / 30 Oktyabr 2026
169
02:20 / 30 Oktyabr 2026
666
02:02 / 30 Oktyabr 2026
585
01:48 / 30 Oktyabr 2026
509
01:35 / 30 Oktyabr 2026
165
01:25 / 30 Oktyabr 2026
1368
01:02 / 30 Oktyabr 2026
120
00:57 / 30 Oktyabr 2026
248
00:54 / 30 Oktyabr 2026
100
00:52 / 30 Oktyabr 2026
94
00:26 / 30 Oktyabr 2026
105
23:55 / 29 Oktyabr 2026
93
23:40 / 29 Oktyabr 2026
228
23:27 / 29 Oktyabr 2026
109
23:23 / 29 Oktyabr 2026
256
23:20 / 29 Oktyabr 2026
119
23:11 / 29 Oktyabr 2026
589
23:08 / 29 Oktyabr 2026
331
23:05 / 29 Oktyabr 2026
2367
23:00 / 29 Oktyabr 2026
457
22:50 / 29 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.