Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə NATO-nun təlimindən niyə çıxıb? - ŞOK SƏBƏB

Türkiyə NATO-nun təlimindən niyə çıxıb? - ŞOK SƏBƏB

DÜNYA

857

30.04.2022, 14:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Yunanıstanda keçiriləcək NATO təlimlərində iştirakdan imtina etməsinin səbəbi rəsmi Afinanın Ankaraya qarşı qəbuledilməz bəyanatları olub.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Yunanıstan “Tiger Meet” təliminin texniki reqlamentini hazırlayarkən protokola Türkiyəyə qarşı yönəlmiş və aralarındakı fikir ayrılığı, xüsusən də Egey dənizindəki hava məkanının sərhədləri ilə bağlı manipulyasiya xarakterli əlavələr edib.

Telekanalın xəbərinə görə, Türkiyə tərəfinin qərarı ilə bağlı Yunanıstan aprelin 22-də məlumatlandırılıb.

Qeyd edək ki, “Tiger Meet” təliminin mayın 9-dan 20-dək Yunanıstanda keçirilməsi planlaşdırılır. Təlimlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin baş komandanlığının bazası olan Balıkesir şəhərində yerləşdirilən F-16 qırıcıları iştirak etməli idi.

Gizlənməyə çalışan rusların VURULMA ANI: yaralıları sürüyərək apardılar- Real döyüş kadrları