Ermənistanda korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb
30 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
734
28.04.2022, 17:49
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında “Qazprom”un Bolqarıstan və Polşaya təbii qazın nəqlini rublla ödəmə sisteminə uyğun gəlmədiyi üçün tamamilə dayandırmasını qiymətləndirib.
OXU24.COM xəbər verir ki, Peskov Rusiyanın təhlükəsiz təchizatçı olduğunu və müqavilə öhdəliklərinə əməl etməyə davam etdiyini bildirib.
“Yeni ödəniş şərtləri, bu yeni metodologiyaya ehtiyac iqtisadiyyat və maliyyə sektorlarında atılan misli görülməmiş düşməncə addımlar nəticəsində yaranıb. Böyük həcmdə ehtiyatlarımızı blok etdilər, daha düzünü desəm, oğurladılar. Bütün bunlar yeni ödəniş sisteminə keçidi zərurətə çevirdi”, - Peskov bildirib.
Peskov Rusiyanın Avropa ölkələrini şantaj etməsi ilə bağlı ittihamları qəbul etmədiklərini söyləyib: “Bütün yeni şərtlər müştərilərə əvvəlcədən bildirilib”.
Kremlin sözçüsü digər ölkələrə təbii qaz nəqlindəki durumla bağlı sualı da cavablandırıb:
“Müştərilər təbii qazın ödəniş tarixi gələndə yeni sistemlə ödəməkdən imtina edərlərsə, prezidentin fərmanı qüvvəyə minəcək. Doğru ödəniş tədarükün davam etdirilməsi üçün əsasdır”.
Peskov Polşa və Bolqarıstana təbii qazın nəqlini dayandırmaq üçün lazımi hazırlıqları gördüklərini vurğulayıb:
“Hər şeyi hesablamışıq, bütün riskləri qabaqcadan nəzərə almışıq və ehtiyat tədbirləri görmüşük. Kimin razı olub-olmamasına gəlincə, bilirsiniz ki, prezident həmsöhbətlərinə dəfələrlə praktiki olaraq heç nəyin dəyişmədiyini açıqlayıb. Yeganə yenilik “Qasprombank”da iki hesab açmaq tələbidir. Hər hansı bir problem və ya itki, məzənnə fərqinə görə qiymət dəyişikliyi yoxdur”.
13:31 / 30 Oktyabr 2026
1
13:18 / 30 Oktyabr 2026
113
13:14 / 30 Oktyabr 2026
34
13:05 / 30 Oktyabr 2026
49
13:05 / 30 Oktyabr 2026
48
12:50 / 30 Oktyabr 2026
74
12:45 / 30 Oktyabr 2026
830
12:42 / 30 Oktyabr 2026
106
12:25 / 30 Oktyabr 2026
83
12:25 / 30 Oktyabr 2026
62
12:21 / 30 Oktyabr 2026
277
12:15 / 30 Oktyabr 2026
153
11:55 / 30 Oktyabr 2026
95
11:45 / 30 Oktyabr 2026
130
11:35 / 30 Oktyabr 2026
77
11:28 / 30 Oktyabr 2026
143
11:27 / 30 Oktyabr 2026
438
11:25 / 30 Oktyabr 2026
62
11:18 / 30 Oktyabr 2026
81
11:13 / 30 Oktyabr 2026
96
11:10 / 30 Oktyabr 2026
140
11:05 / 30 Oktyabr 2026
484
11:02 / 30 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.