İstirahət üçün getdikləri Kapadokiyada həlak oldular - Yenicə evlənibmişlər
30 Oktyabr 2026, 14:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
472
27.04.2022, 00:59
Təkcə Avropa İttifaqı deyil, Azərbaycan da Rusiya prezidenti Vladimir Putinin tələblərini yerinə yetirməkdən - qazın pulunu rublla ödəməkdən imtina edib. Rusiyanın belə bir ultimatumu mavi yanacağın dollar və avro ilə ödənilməsini nəzərdə tutan uzunmüddətli müqavilələri pozur".
OXU24.COM bizimyol.info-ya istinadın xəbər verir ki, Azərbaycan Putinin tələbinə tabe olmağa və qazın pulunu rublla ödəməyə hazır olduqları haqda yayılmış məlumatları təkzib edib.
"Bazar ertəsi mətbuatda Azərbaycan Respublikasının Rusiyadan idxal etdiyi qazın dəyərini rublla ödəyəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu məlumat reallığı əks etdirmir",- deyə SOCAR-dan bildiriblər.
"Qazprom"un Azərbaycana qaz tədarük etdiyi müqavilə 2023-cü ilə qədər hesablanıb. Rusiyanın heç bir şərtə, o cümlədən mallar üçün ödəməli olduğunuz valyutaya birtərəfli qaydada yenidən baxmaq hüququ yoxdur.
Ətraflı
Ad - 00:16
"Təchizat həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlakının səviyyəsindən asılı olacaq", - "İnterfax" yazır.
Xatırladaq ki, Avropa Komissiyası Putinin qazın pulunu rublla ödəmək tələbindən xəbərdardır və bunun sanksiyalar planını pozacağı qənaətinə gəlib. Belə ki, heç bir Avropa İttifaqı ölkəsi mavi yanacağın pulunu Rusiya valyutası ilə ödəməməlidir.
Qeyd edək ki, Ukrayna Avropa İttifaqına Rusiya nefti və qazının pulunu "İran modeli" ilə ödəməyi təklif edib. Təklifə görə, ödənişlər Ukraynaya qarşı müharibə başa çatdıqdan sonra Rusiya Federasiyasının qəbul edə biləcəyi hesablara köçürüləcək.
Hazırda Avropa böyük miqyasda Rusiya qazından asılı vəziyyətdədir. Rusiya bu vəziyyətdən istifadə edərək rublun məzənnəsini sabitləşdirmək istəyir və o üzdən də Avropa idxalçılarından tələb edib ki, onlar Rusiya banklarında hesab açsınlar və qazın pulunu rublla ödəsinlər. Bunun üçün onlar Rusiya banklarına dollar ödəyərək rubl almalıdırlar ki, bu da rubla tələbatı artırmalı, nəticədə rubl bahalaşmalıdır. Amma hələlik Macarıstandan başqa heç bir ölkə buna hazır olduğunu bildirməyib. İqtisadçı ekspertlərin fikrincə, hətta bu addım da rublun məzənnəsini uzun müddət saxlaya bilməz. Çünki nəticə etibarı ilə Rusiya eyni həcmdə dollar əldə edəcək. Hazırda bu qərarın psixoloji təsiri altında rublun məzənnəsi yüksəlsə də, Rusiya banklarında rəsmi məzənnə ilə dollar almaq mümkün deyil. Dolları yalnız qara bazardan və 40 faiz baha qiymətə almaq mümkündür.
17:35 / 30 Oktyabr 2026
1
17:20 / 30 Oktyabr 2026
37
17:19 / 30 Oktyabr 2026
36
17:15 / 30 Oktyabr 2026
46
16:53 / 30 Oktyabr 2026
130
16:33 / 30 Oktyabr 2026
86
16:20 / 30 Oktyabr 2026
563
16:20 / 30 Oktyabr 2026
155
16:06 / 30 Oktyabr 2026
90
15:52 / 30 Oktyabr 2026
164
15:50 / 30 Oktyabr 2026
118
15:41 / 30 Oktyabr 2026
253
15:37 / 30 Oktyabr 2026
87
15:35 / 30 Oktyabr 2026
106
15:21 / 30 Oktyabr 2026
282
15:10 / 30 Oktyabr 2026
92
15:06 / 30 Oktyabr 2026
72
14:59 / 30 Oktyabr 2026
423
14:38 / 30 Oktyabr 2026
109
14:36 / 30 Oktyabr 2026
173
14:35 / 30 Oktyabr 2026
83
14:29 / 30 Oktyabr 2026
601
14:22 / 30 Oktyabr 2026
616
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.