İstirahət üçün getdikləri Kapadokiyada həlak oldular - Yenicə evlənibmişlər
30 Oktyabr 2026, 14:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
530
23.04.2022, 23:36
Artıq iki aya yaxındır ki, Ukraynada müharibə davam edir. Rusiya Kiyev vilayətindən geri çəkilib, lakin (rəsmi bəyanatlara əsasən) hələ də Donbas uğrunda döyüşü davam etdirir. Moskvanın məqsədi regionda və Ukraynanın cənubunda tam nəzarətin yaradılmasıdır. Rusiya Prezident Administrasiyasının daxili siyasi blokunda müharibədən çıxmaq üçün "yaxşı PR ssenariləri" yoxdur. Onlar ölkə Prezidenti Vladimir Putinin reytinqini aşağı salmadan müharibəni necə bitirəcəklərini bilmirlər.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bu barədə "Meduza"ya Prezident Administrasiyasına yaxın üç mənbə məlumat verib.
Məlumata görə, Rusiya Prezident Administrasiyasında bu cür ssenarilər işlənilməsinə bir neçə həftə əvvəl başlanılıb:
"Biz baxdıq, düşündük, lakin uyğun bir ssenari tapa bilmədik. Buna görə də ictimai rəyi mümkün danışıqlara hazırlamamaq qərarına gəldik. Hər şeyi öz axarına buraxdılar. Kreml rusların əksəriyyətinin müharibəni "faşistlərlə və faşizmə qarşı mübarizə" kimi ciddi qəbul etdiyinə əmindir. Bunu qapalı sosioloji sorğuların nəticələrindən müəyyən ediblər. Rusiya hakimiyyəti uzun illərdir ki, belə sorğulardan istifadə edir. Kreml müharibədən çıxmağın ən ciddi maneələrindən biri kimi xüsusi əməliyyata dəstək verən orta təbəqənin bir çox nümayəndələrinin mövqeyini göstərir. Orta təbəqənin nümayəndələri əmindirlər ki, müharibədə qələbəyə qədər getmək lazımdır. Onlar bildirirlər ki, əgər müharibə başlayıbsa, Kiyevi, hətta Lvovu almaq lazımdır. Rusiya geri çəkilə bilməz".
22:26 / 30 Oktyabr 2026
7
22:25 / 30 Oktyabr 2026
12
22:21 / 30 Oktyabr 2026
3
22:09 / 30 Oktyabr 2026
42
22:03 / 30 Oktyabr 2026
64
21:50 / 30 Oktyabr 2026
60
21:39 / 30 Oktyabr 2026
65
21:18 / 30 Oktyabr 2026
115
21:12 / 30 Oktyabr 2026
88
20:59 / 30 Oktyabr 2026
69
20:49 / 30 Oktyabr 2026
83
20:36 / 30 Oktyabr 2026
530
20:19 / 30 Oktyabr 2026
173
20:11 / 30 Oktyabr 2026
97
20:00 / 30 Oktyabr 2026
81
19:46 / 30 Oktyabr 2026
108
19:35 / 30 Oktyabr 2026
86
19:24 / 30 Oktyabr 2026
122
19:12 / 30 Oktyabr 2026
137
19:07 / 30 Oktyabr 2026
117
18:56 / 30 Oktyabr 2026
116
18:50 / 30 Oktyabr 2026
40
18:50 / 30 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.