Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyədən Rusiyaya ağır zərbə: Bu qərar verildi

SON DƏQİQƏ! Türkiyədən Rusiyaya ağır zərbə: Bu qərar verildi

DÜNYA

2472

23.04.2022, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Oxu24.com  NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırkən deyib.

"Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi”, - Çavuşoğlu bildirib.

Rusiyalı iş adamlarının Türkiyəyə gəlməsi ilə bağlı sualı cavablandıran Çavuşoğlu, “Biz sanksiyalara qatılmayan bir ölkəyik, əgər şirkət iş görmək istəyirsə, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına əməl etməlidir”, - vurğulayıb.

Əsirlikdən gələn Hüseyndən  sensassion açıqlama: "Mənə işgəncə verən azərbaycanlı idi ..."