OXU24.COM xəbər verir ki, bu haqda Rusiyanln "Meduza" nəşri məlumat yayıb.
Məlumata görə, Sergey Zelenski Novosibirskdə doğulub, bütün həyatı boyu orada yaşayıb və onun Ukrayna prezidenti olan adaşı ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Ukraynaya qarşı genişmiqyaslı təcavüz başlayandan sonra 3-cü qrup əlil olan 45 yaşlı sibirli ciddi problemlərlə üzləşib - doğma şəhərində onu sıxışdırmağa başlayıblar.
Adam gileylənir ki, hətta Novosibirskdə əlillər üçün kvota olan müəssisələrdə belə, uzun müddətdir, iş tapa bilmir.
Üç təşkilatdan rədd cavabı alan Sergey Zelenski başlanğıc üçün üç günlük aclıq aksiyası elan etmək qərarına gəlib. Sibirlinin tələbləri arasında - onun proqramçı kimi yenidən hazırlanması üçün ödəniş, həmçinin birdəfəlik 10 milyon rubl və ildə 3 milyon rubl məbləğində büdcə vəsaitinin ayrılmas var.
Zelenski aclıq aksiyası ilə bağlı Novosibirsk vilayətinin qubernatorunu və medianı məlumatlandırıb.
ŞƏRHLƏR