Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68369
az

Azərbaycan Ukraynaya yardım göndərdi

10:5115 Aprel, 2022
201
DÜNYA
  • A
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşanan böhran nəticəsində Moldovaya yola salınan humanitar yardımla bağlı məlumat yayıb. XİN-dən Oxu24.com-a bildirilib ki, Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb. Məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə 15 aprel saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb. Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var