Baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - Video
31 Oktyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
873
14.04.2022, 23:08
Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin hökumət orqanları Kivevi Rusiyanın Klimovo şəhərini atəşə tutmaqda və itkilərə səbəb olmaqda ittiham edib. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz aprelin 14-də hücumun Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirildiyini və şəhərdəki iki binanın zədələdiyini bildirib.
Oxu24.com-un məlumatına görə, Rusiyanın TASS xəbər agentliyi bir hamilə qadın və bir uşaq daxil olmaqla, 7 nəfərin yaralandığını iddia edib.
Hücumdan sonra Klimovoda çəkildiyi iddia edilən və İnternetə yerləşdirilən videoda yanan evi görmək olub. Videonun harada və nə vaxt çəkildiyi aydın deyil.
Klimovo Ukrayna sərhədindən təxminən 10 kilometr aralıda yerləşir.
Rusiyanın başqa, Belqorod vilayətinin hakimiyyət orqanları aprelin 14-də Ukrayna silahlı qüvvələrinin Rusiyanın Spodoraşino kəndini atəşə tutduğunu bildirib. İtkilər barədə məlumat verilməyib.
Aprelin 14-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna silahlı qüvvələrinin Bryansk vilayətindəki Novıye Yuroviçi sərhəd-keçid məntəqəsini atəşə tutduğunu bildirib. Oradan da itkilər barədə məlumat verilməyib.
Ukrayna Rusiyanın iddiaları ilə bağlı heç bir şərh verməyib.
Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib. Hücumlar davam edərsə, Moskva Ukraynanın “qərar qəbuletmə mərkəzləri”nə, eləcə də Kyivə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.
Rusiya fevralın 24-də Ukraynaya əsassız hücuma başlayıb. Ukrayna silahlı qüvvələrinin həftələrlə davam edən müqavimətindən sonra Rusiya öz qüvvələrini Ukraynanın Bryansk və Rusiyanın digər həmsərhəd şimal ərazilərindən çıxarıb.
Bakıda dəhşətli hadisə: Blokda qadına görün nə etdilər - VİDEO
11:42 / 31 Oktyabr 2026
25
11:40 / 31 Oktyabr 2026
30
11:36 / 31 Oktyabr 2026
38
11:34 / 31 Oktyabr 2026
35
11:15 / 31 Oktyabr 2026
443
11:12 / 31 Oktyabr 2026
47
11:10 / 31 Oktyabr 2026
99
10:25 / 31 Oktyabr 2026
77
10:24 / 31 Oktyabr 2026
71
09:22 / 31 Oktyabr 2026
89
04:25 / 31 Oktyabr 2026
352
00:59 / 31 Oktyabr 2026
141
00:50 / 31 Oktyabr 2026
638
00:24 / 31 Oktyabr 2026
152
00:18 / 31 Oktyabr 2026
312
00:07 / 31 Oktyabr 2026
150
00:03 / 31 Oktyabr 2026
861
00:02 / 31 Oktyabr 2026
204
23:56 / 30 Oktyabr 2026
122
23:46 / 30 Oktyabr 2026
109
23:44 / 30 Oktyabr 2026
163
23:32 / 30 Oktyabr 2026
291
23:31 / 30 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.