Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68328
az

Separatçı Araik Moskvaya üz tutur: təhlükəli ssenari

20:2914 Aprel, 2022
257
DÜNYA
  • A

Paşinyanın Qarabağın "statusu"nun arxa plana keçdiyi və Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduqları açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirib: məqsəd İrəvana etiraz etmək və "status" iddiasının gündəmdən çıxmasına imkan verməməkdir.

Baş separatçı Araik Arutyunyan isə yeni "siyasət"lərini elan edir: İrəvandan imtina, Moskvaya sığınma!

Separatçı deyir ki, hazırda de-fakto "müstəqilliklərini" qorumalı, buna de-yure nail olmağa çalışmalıdırlar. Əlavə edir ki, üç seçimləri var:

1. "Müstəqillik";

2. Ermənistana birləşmə (bunun çətin olduğunu deyir);

3. Rusiya ilə birbaşa formatda münasibətlər qurmaq.

Baş separatçı "mövcudluq" üçün xüsusilə üçüncü seçimin üzərində dayanır.

Proseslər Xankəndidəki separatçı-terrorçu rejimin Moskvaya müraciət edəcəyi ehtimalını ön plana çıxarır: "müstəqilliyi" tanımaq, yaxud "Rusiyaya birləşmək".

Düz məntiq üzrə hər iki mümkün müraciətin Rusiya tərəfindən qəbul edilməsi ehtimalı azdır:

Birincisi, Moskva "Qarabağın "müstəqilliyini" Ermənistan belə tanımır" mövqeyindən çıxış edir;

İkincisi, "Rusiyaya birləşmək" həm coğrafi baxımdan mümkünsüzdür, həm də post-sovet məkanındakı digər separat bölgələrdən fərqli olaraq, Moskvanın burada "əsası" zəifdir: "rus icması" kartı ortaya atılsa da, Əliyevin dərhal müdaxiləsi ilə dondurulduğu görünür.

Bütün bunlarla yanaşı, Qərblə körpüləri yandıran Rusiya Türkiyə və Azərbaycan faktorunu nəzərə alır. Qarabağda Azərbaycanın suverenliyinə qarşı açıq oynamaq Cənubi Qafqazda Rusiyanın da maraqlarının nəzərə alındığı şəraiti kökündən dəyişdirə bilər. Əliyevin 22 fevral tarixində Moskva gedişi də Qarabağda Donbas ssenarisinin təkrarlanması təhlükəsini neytrallaşdırmaq idi. Bakı risklərə qarşı siyasi və hərbi müstəvidə önləyici tədbirlər görür.

Real görünən risk Rusiyanın separatçıların mümkün "müraciəti"ndən öz maraqlarını təmin etmək üçün Azərbaycana qarşı təzyiq kartı kimi istifadə edə biləcəyidir. Hərçənd, xüsusilə Ukraynaya hücum Kremldə son günlər düz məntiqin zəif işlədiyini, yaxud işləmədiyini də göstərir və bu, risklərin proqnozlaşdırılmasını çətinləşdirir.

Bu situasiyada yeganə yol separatçılara qarşı bütün rıçaqların işə salınması görünür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dukono vulkanı püskürməyə başladı
"Bert" fırtınası Böyük Britaniyanı cənginə aldı
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı